Avronun məzənnəsi rekord həddə çatdı

15.01.2018 12:14     Ecoreaksiya     1795

Azərbaycanda avronun rəsmi məzənnəsi tarixi rekord həddə çatıb və bu gün 2,0761 AZN/EUR təşkil edib.

 2015-ci il fevralın 21-də Azərbaycanda baş verən milli valyutanın ilk devalvasiyasından sonra avronun rəsmi məzənnəsinin maksimal göstəricisi 2017-ci il fevralın 1-də (2,0719 AZN/EUR) qeydə alınıb. İlk devalvasiyadan indiyədək ən minimal məzənnə isə 2015-ci il martın 16-da (1,1019 AZN/EUR) olub. Hazırda avronun məzənnəsi maksimal həddən 0,2% yuxarıdır.

Avronun manatın denominasiyasından (01.01.2006-cı il) sonra ən minimal rəsmi məzənnəsi isə 2015-ci il yanvarın 26-da 0,8770 AZN/EUR səviyyəsində qeydə alınıb.

"Report" xəbər verir ki, Azərbaycanda Avropa valyutasının bahalaşmasına səbəb avronun qlobal valyuta bazarında mövqeyinin möhkəmlənməsi amili olub. Belə ki, əsas valyuta cütlüyü sayılan USD/EUR son 37 ayın maksimal səviyyəsinə yüksələrək 1,2225 təşkil edib. Buna səbəb Avropa Mərkəzi Bankının (ECB) monetar siyasətinin sərtləşdirməyə başlayacağı ehtimallarının artması amili göstərilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar