Amerikalılar və ingilislər Krımda kef edirlər

02.08.2015 22:31     Ecoreaksiya     2903

ABŞ-ın Krımın Rusiyaya ilhaqına görə Moskvaya qarşı sanksiyaları genişlənməsinə və Ukraynanın Krıma gedən xarici gəmiləri cəzalandırmaqla təhdid etməsinə baxmayaraq amerikalılar və ingilislər yarımadada kef edirlər.
Rusiya Sərhəd Təhlükəsizliyi İdarəsinin məlumatına görə, iyun və iyul aylarında Krıma 31 xarici turist gəmisi ziyarət edib Bu gəmilərdən 11 - nin ABŞ, 7-nin isə İngiltərədən gəldiyi ifadə edilib.
"Bu turistin ziyarət etməyəcəyi tək ölkə Ukrayna olar
Açıqlamada, Qərbdən və Kievdən gələn təhdidlərin xarici turistləri qorxutmadığı vurğulanılıb və "Bu turistlərin ziyarət etməyəcəyi tək ölkə Ukrayna olur" - deyilib.
ABŞ və Aİ, Krımın referendumla Rusiyaya ilhaqından sonra Moskvaya sanksiya tətbiq etməyə başlamışdı. Rusiya da bu sanksiyaları cavabsız qoymamışdı.
Ukraynanın baş naziri Arseniy Yatsenyuk ötən gün verdiyi açıqlamada Krımdakı limanları ziyarət edən bütün xarici gəmilərə cəza tətbiq etdiyini bildirmişdi.

Şərhlər