Azərbaycanda aparılan vergi islahatları beynəlxalq təşkilatların hesabatlarında yüksək qiymətləndirilib

23.01.2018 11:50     Ecoreaksiya     1755

Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi sayəsində vergi inzibatçılığının təkmilləşdirilməsi, biznesin fəaliyyətinin yaxşılaşmasına səbəb olan islahatların aparılması nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da yüksək qiymətləndirilib.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən  bildirilib ki, ötən il “Standard & Poor’s”, “Moody’s Investors Services”, “Fitch” və digər beynəlxalq reytinq agentlikləri öz hesabatlarında Azərbaycanda biznesə başlama prosedurlarının sadələşdirildiyini, vergilərin ödənişi sahəsində elektron xidmətlərin genişləndiyini qeyd ediblər.

Həmçinin, Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2018” hesabatında Azərbaycan biznesin qeydiyyatı ilə bağlı ən yaxşı islahatçı ölkələrdən biri kimi qiymətləndirilib.

Hesabatda respublikamızın “Biznesə başlama” (Starting business) və “Vergilərin ödənilməsi” (Paying taxes) indeksləri üzrə mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb ki, bu da sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı sahəsində həyata keçirilmiş tədbirlərin, biznes fəaliyyəti üzrə prosedurların sadələşdirilməsinin mühüm nəticəsidir.

Şərhlər

Çox oxunanlar