Şahin Mustafayev: "Son 14 ildə regionların inkişafına 4,5 mlrd. manatdan çox vəsait ayrılıb"
29.01.2018 13:16 Ecoreaksiya 2066
Azərbaycanda 2004-cü ildən indiyədək regionların sosial-iqtisadi inkişaf layihələrinə 4,5 mlrd. manat həcmində vəsait yönəldilib. Bundan əlavə, Prezidentin sərəmcamları ilə rayon və şəhərlərin inkişafına 368 mln. manat ayrılıb ki, bu vəsaitlərin ayrılması regionların sosial inkişafında mühüm rol oynayıb.
Reaksiya.az reporta istinadən xəbər verir ki, bunu bu gün Heydər Əliyev Mərkəzində Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans çərçivəsində iqtisadiyyat naziri Şahın Mustafayev bildirib.
"Prezident idxalın azaldılması istiqamətində tövsiyyələr verib. Biz işlərimizi bu istiqamətdə qurmalıyıq. Bu görüşlər çərçivəsində qaldırılan məsələlər diqqətlə öyrənilib, bu məlumatlardan istifadə edəcəyik", - deyə nazir əlavə edib.
Ş.Mustafayev qeyd edib ki, konfransda çıxışı zamanı President İlham Əliyev bildirib ki, dövlət öz üzərinə düşən vəzifələri yerinə yetirəcək. Dövlət investisiya proqamı çərçivəsində layihələr haqqında dövlət başçısı tapşırıqlar, sahibkarların sosial məsuliyyəti, sahibkarların üzərinə düşən vəzifələr haqqında tövsiyələr, ixrac potensialı olan məhsulların statisikası təqdim edilməklə bu sahədə məsləhətlər verib.
Nazir bildirib ki, siyasi sabitlik nəticəsində güclü iqtisadi potensial ölkə iqtisaiyyatının dayanıqlı inkişafını təmin edib. Bu da regionların sosial-iqtisadi inkişafında böyük rol onayır: "Qeyri-neft ixracı üzrə stimullaşdrıcı işlər görülüb, biznes-investisiya mühtinin təkmilləşdirilməsi, KOS-lara yardım diqqətdə saxlanılır".
Onun szölərinə görə, ötən il ərzində ölkədə 177 min daimi iş yeri açılıb, qeyri-neft sektoru 2,7% artıb.
Şərhlər