SOCAR-ın hasil etdiyi təbii qazın həcmi açıqlandı

04.08.2015 14:27     Ecoreaksiya     1147

Yanvar-iyun aylarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 3 milyard 372 milyon kubmetr təbii qaz hasil edib.

Reaksiya.az xəbər verir ki, son altı ayda ümumilikdə  Azərbaycanda isə 14 milyard 679,4 milyon kubmetr qaz hasil olunub.

İyunda SOCAR 570,6 milyon kubmetr təbii qaz hasil edib. Həmin ay ölkə üzrə qaz hasilatı 2 milyard 327 milyon kubmetr olub.

Şərhlər