İran və ABŞ birgə Ticarət Palatası yaratmağa hazırlaşır
05.08.2015 03:02 Ecoreaksiya 2024
Reaksiya.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İRNA agentliyi xəbər yayıb.
İran Ticarət-Sənaye Palatasının rəhbəri Möhsen Calalpurun bildirdiyinə görə, ABŞ müştərək qurumun yaradılması istiqamətində artıq hazırlıq tədbirləri görməyə başlayıb.
İran qanunlarına əsasən, Tehran ABŞ ilə işlər üzrə Ticarət Palatasını Amerika tərəfi analoji qurumu yaratdıqdan iki ay sonra təsis edə bilər.
Calalpur qeyd edib ki, Tehranda iqtisadi əməkdaşlıq məsələlərinə dair danışıqlar aparmaq üçün ABŞ hakimiyyəti tərəfindən hələlik heç bir sorğu daxil olmayıb. Onun sözlərinə görə, bu təşəbbüs İran prezidenti Həsən Ruhaninin BMT Baş Assambleyasında iştirak etmək məqsədilə ABŞ-a səfəri çərçivəsində müzakirə predmeti ola bilər.
Şərhlər