İtaliyadan “Avropa Valyuta Fondu” fikrinə dəstək
06.08.2015 01:51 Ecoreaksiya 2513
İtaliya İqtisadiyyat və Maliyyə naziri Padoan Avropa Birliyi çərçivəsində daha çox inteqrasiya tərəfdarı olduqlarını və Avropa Pul Fondunun qurulması fikrini dəstəklədiklərini açıqlayıb. Reaksiya.az xəbər verir ki, xarici mətbuata açıqlama verən İtaliya İqtisadiyyat və Maliyyə naziri Pier Carlo Padoan bildirib ki, pul birliyi, gec ya da tez ortaq ünsürlərə söykənməlidir: “Düşünürəm ki, Avropa Pul Fonduna, əmək bazarındakı şoklara qarşı sığorta mexanizminə və ortaq büdcəyə söykənməlidir". Bunun həyata keçirilmədiyi təqdirdə pul birliyinin həmişə havada qalacağını və güclü dalğa ilə aşağı enmə riskinin olacağını vurğulayan Padoan qeyd edib ki, bu, iqtisadçıların 'risk mübadiləsi' dediyi və pul birliyini uzun müddət ayaq üstə saxlayacaq bir haldır. İtalyalı nazir ortaq Avropa pulunun gücləndirməyin və inkişaf etdirməyin vacibliyini vurğulayıb.
Şərhlər