Litvaya pulköçürmə sistemi işə salınır

06.08.2015 04:29     Ecoreaksiya     1690

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC-nin məlumatına görə Litva poçtu ilə STEFI (Secured Transfer of Electronic Financial Information) sistemi üzrə pulköçürmə xidmətinin göstərilməsi sınaqdan keçirilir. 

Sistem payızda istismara veriləcək. STEFI sisteminin tətbiqi Azərbaycan poçt operatoruna Litvaya 30 dəqiqə ərzində təcili pulköçürmə həyata keçirməyə imkan yaradacaq.

Qeyd edək ki, STEFI sistemi beynəlxalq poçt köçürmələrinin kağız mübadiləsindən elektron mübadiləsinə keçməyə imkan verir.

Hazırda Azərbaycanın poçt operatoru STEFI sistemi üzrə Ukrayna, Belarus, Moldova, Rusiya, Qazaxıstan və BƏƏ-yə təcili pulköçürmələr təklif edir. Xidmət Qırğızıstan və Tacikistan üzrə də tətbiq ediləcək.

Azərbaycan poçtu üçün əsas üstünlük STEFI üzrə tranzaksiyalar çərçivəsində əldə edilən gəlirlərin MMC-nin sərəncamında qalmasıdır.

 

Şərhlər