“Cybernet” banklardan kredit almaq imkanı yaradır
28.03.2018 11:32 Ecoreaksiya 1528
Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkəti olan “Cybernet” Maliyyə Bazarlarına Nəzarət Palatasının elan etdiyi “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin aparılmasının proqram təminatının hazırlanması üzrə tenderin qalibi olub.
Şirkətdən verilən məlumata görə, daşınar əmlakın yüklülüyünün dövlət reyestri kiçik və orta sahibkarlara daşınar əmlaklarını girov təminatı kimi göstərərək banklardan kredit almaq imkanı yaradır.
“Reyestrin əsas fəaliyyət prinsipləri dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyü bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmini, yüklü əmlakın təkrar istifadəsi, onlar üzərində hüquqların məhdudlaşdırılması, yüklü əmlakın məhkəmədən kənar reallaşdırılması və bununla da təminat çeşidinin artırılmasıdır. Reyestrin effektiv fəaliyyəti daşınmaz əmlak təminatı olmayan hüquqi və fiziki şəxslərin daşınar əmlaklarını reyestrdə yüklü etməklə kredit təşkilatlarından vəsaitlər cəlb edilməsini stimullaşdıracaq. Bu da nəticədə maliyyəyə əlçatanlıq imkanlarını genişləndirəcək”, – deyə məlumatda vurğulanıb.
Şərhlər