“Manatın devalvasiyası gündəmdədir” - Ekspert rəyi

06.08.2015 12:38     Ecoreaksiya     1918

“Hazırda manat üçün təhlükə yaradan əsas amillər kapital axını və neftin ucuzlaşmasıdır”.

Bunu Reaksiya.az saytına açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan manatının devalvasiya məsələsi gündəmdən çıxmayıb, çünki manatın dəyəri  neftin qiyməti ilə düz mütənasibdir: “Yəni neft düşdükcə, manatın düşmə ehtimalı artır, yaxud əksinə. Hazırda neftin 1 barelinin qiyməti 49-50 dollar arasında dəyişir. Hələ ki, proqnozlar neftin bahalaşması ilə bağlı ümid vermir. Bu isə onu göstərir ki, neftin qiyməti bir o qədər də ucuzlaşa bilər. İlin sonuna kimi təxmin etmək olar ki, neftin 1 barelinin qiyməti 70 dolları keçməyəcək. Ola bilsin ki, bu diapazon daha da genişlənsin. Əvvəl neftin bir barelinin qiyməti 50-70 dollar arası düşünülürdüsə, hazırda bu rəqəm 40-70 dollar arasında dəyişir. Nəticədə neftin qiymətinin düşməsi manat üçün təhlükə yaradır”.

S.Əliyev həmçinin bildirib ki, devalvasiyanın  fevral ayında olması, əhalinin əlində olan vəsaitin dollara çevrilməsi manata olan təzyiqi azaldıb:

“Ehtimal var ki, neftin hazırki qiymətində olması manatın bu məzənnədə qalmasına imkan verəcək. Amma təhlükə yenə də qalır”.

Şərhlər