Neft Rusiyanı xilas edir: rubl gücləndi, manat isə…

12.04.2018 12:31     Ecoreaksiya     1727

ABŞ-ın Rusiyaya son sanksiyalarından sonra sürətlə ucuzlaşan rubl Mərkəzi Bankın müdaxiləsi ilə ötən gün nisbətən stabilləşmişdisə, bu gün sürətlə bahalaşmağa başlayıb.

Hazırda 1 dollar 61.9, avro isə 76.6 rubla qədər geriləyib.

Mütəxəsislərin rəyinə görə, rublun bahalaşmasına neft qiymətlərinin yüksəlməsi səbəb olub. Ehtimal olunur ki, Suriyada vəziyyətin dramatikləşməsi fonunda neftin qiymətində bahalaşma davam edəcək və bu da Rusiyanı sanksiyaların ilk zərbəsinin şokundan xilas edəcək.

Türk lirəsində də stabilləşmə müşahidə edilir. Son iki gündə sürətlə bahalaşan dollar hazırda lirə qarşısında hətta cüzi (0,09%) ucuzlaşma ilə sabitləşib.

Dolların İranda ucuzlaşması daha çox inzibati rıçaqlara dayanır. Mart ayında 3.800 tümən olan dollar 9 aprelə qədər 4.200-ə qədər bahalaşmışdısa, son iki gündə 6 min tümənə qalxmaqla rekord qırdı. Hətta Mərkəzi Bank rəhbərinin İran parlamentində hesabatı deputatların kəskin etirazına səbəb oldu. Hökumətin müdaxiləsindən və 1 dollar üçün 4.200 tümən rəsmi məzənnə təyin etməsindən sonra hazırda dollar 5.300 tümən civarındadır. Mütəxəsislər neft qiymətinin İran realına (tümən) da təsir edəcəyini istisna etmirlər.

Azərbaycan Mərkəzi Bankının tam nəzarətində olan manatda isə heç bir təlatüm baş verməyib. Neftin qiymətinin qalxması isə manatın stabilliyinin qorunacağına təminat yaradıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar