Yanvar-martda Gömrük Komitəsi büdcəyə 727 milyon manata yaxın vəsait daxil edib

13.04.2018 12:07     Ecoreaksiya     1561

2018-ci ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 726 milyon 990 min manat təşkil edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  bildirilib ki, üç ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 192 milyon 877 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 498 milyon 465 min manat, aksizlər üzrə 27 milyon 410 min manat, yol vergisi üzrə isə 8 milyon 236 min manat təşkil edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar