SOCAR: Abşeron yatağının işlənməsi üzrə yekun investisiya qərarına hazırlıq işləri aparılır

16.04.2018 13:03     Ecoreaksiya     1504

Bu ilin I rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 5 hasilat quyusu qazılaraq təhvil verilib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə 2018-ci ildə AÇG-də 12 hasilat və 4 suvurucu quyunun təhvili planlaşdırılır.

"“Şahdəniz-1” layihəsi üzrə qazma işləri davam edir və bu il ərzində 2 hasilat quyusunun tamamlanması nəzərdə tutulur. “Şahdəniz-2” layihəsi üzrə bir quyuda qazma işləri artıq tamamlanıb və il ərzində cəmi 5 hasilat quyusunun tamamlanması planlaşdırılır", - deyə məlumatda vurğulanıb.

SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov bildirib ki, Azərbaycanın artan qaz tələbatını qarşılamaq məqsədi ilə SOCAR yeni neft və qaz yataqlarının işlənməsi istiqamətində mühüm addımlar atır: "Qarabağ və Ümid yataqları üzrə aparılan işlərin artıq növbəti mərhələsinin astanasındayıq. Yaxın zamanda bu yataqların işlənməsi İlkin Detallı Layihələndirmə (İDL) mərhələsinə daxil olacaq. Həmçinin Babək strukturunda ilk kəşfiyyat quyusunun qazılması üçün layihələndirmə işləri davam etdirilib. Abşeron yatağının İlkin Hasilat Sxemi üzrə mühəndislik layihələndirmə işləri davam edir və layihə üzrə Yekun İnvestisiya Qərarına hazırlıq işləri aparılır.”

Reaksiya.az

Şərhlər

Çox oxunanlar