Azərbaycan OPEC-ə daxil olmayacaq - nazir

23.04.2018 12:40     Ecoreaksiya     1509

"Azərbaycan hal-hazırda OPEC-lə sıx əməkdaşlıq edir. Biz bu əməkdaşlıqdan çox razıyıq". Bunu jurnalistlərə açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, Azərbaycan bundan sonra da "OPEC+" formatında əməkdaşlığı davam etdirəcək.

P.Şahbazov əlavə edib ki, Azərbaycanın OPEC-ə qoşulması məsələsi gündəmdə deyil: "Bizi OPEC-lə bu gün mövcud olan əməkdaşlıq qane edir".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar