Nazirdən yeni yaradılan departamentə rəhbər TƏYİNATI
03.05.2018 16:29 Ecoreaksiya 1180
Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə rəhbər təyin edilib.
Azər Oqtay oğlu Məmmədov Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə baş direktor təyin edilib. O, bu təyinatadək Dövlət Gömrük Komitəsində çalışıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2015-ci ilin yanvarın 28-də imzaladığı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında" sərəncam ilə gömrük xidməti polkovniki Azər Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur - Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.
Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsidir. (apa)
Şərhlər