“Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklik edildi
04.05.2018 15:14 Ecoreaksiya 1310
Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklik müzakirə olunub.
Layihəyə müvafiq olaraq Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) hər bir borcalan haqqında maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə məlumat verəcək.
Layihəyə əsasən, BOKT tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” qanunla tənzimlənir.
Qeyd edək ki, mərkəzləşdirilmiş kredit reyestrində toplanmış məlumatlara bank sirrinin bu qanunla müəyyən olunmuş qorunma qaydaları şamil olunur. (oxu.az)
Şərhlər