“Hellenic Petroleum”un səhmlərinin satışı üçün tender müddəti uzadılıb

19.05.2018 12:47     Ecoreaksiya     1489

Yunanıstanın “Hellenic Petroleum” neft emalı zavodunun səhmlərinin böyük əksəriyyətinin satışı üçün tender müddəti uzadılıb.

Yunanıstan Özəlləşdirmə İdarəsi ölkənin ən böyük neft emalı zavodu olan “Hellenic Petroleum”un səhmlərinin satışı üçün tender müddətini mayın 18-dən 30-dək uzadıb.

Neft emalı zavodunun səhmlərinin ən azı 50,1 faizinin satılacağı tenderdə ödəmələr tamamilə nağd formada olacaq.

Qeyd edək ki, “Hellenic Petroleum” Avropanın üçüncü ən böyük neft emalı zavodudur və onun bazar dəyəri 2,6 milyard avrodur.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar