Rusiya “Coca Cola” və “Pepsi”yə qarşı sanksiya tətbiq etməyəcək
07.08.2015 21:09 Ecoreaksiya 2409
Rusiyanın “İzvestiya” qəzeti Rusiyada ABŞ-ın “Coca Cola” və “Pepsi” şirkətlərinə qarşı sanksiya tətbiq olunmayacağını yazıb. Dövlət Dumasının deputatı İqor Zotov daha əvvəl “Coca Cola” və “Pepsi”-nin qarşı sanksiya tətbiq olunması ilə bağlı bir təklif vermişdi. Bu təklif şirkətlərin məhsullarının ölkəyə gətirilməsinin yasaqlanması, Rusiyadakı fabriklərində də istehsalın yalnız yerli məhsullarla edilməsindən ibarət idi. “İzvestiya”nın əlinə keçən sənədlərə görə, Rusiya Kənd Təsərrüfatı Nazirliyi bu təklifə mənfi cavab verəcək. Qəzetin yazdığına görə, kənd təsərrüfati nazirinin müavini Sergey Levin'in Zotov'un önergesine cavab yazdığı bir məktubda sanksiyaların müəyyən markalara deyil, yalnız bəzi ölkələrdən gələn müəyyən məhsullara tətbiq olunacağı bildirilib. Digər tərəfdən, məktubda şirkətləri Rusiyadakı fabriklərində yalnız yerli məhsulları istifadə etməyə məcbur etməyin də beynəlxalq qaydalara və Avrasiya İqtisadi Birliyi razılaşmasına da zidd olduğu qeyd edilib.
Şərhlər