STAR üçün ilk neft Azərbaycandan nəql olunacaq

21.05.2018 17:09     Ecoreaksiya     1275

STAR üçün ilk neft yükü  bu il iyun ayının sonunda Azərbaycandan gətiriləcək. Bununla bağlı müqavilə də imzalanıb. İyul ayının 3-cü həftəsində isə zavodun xam neft qurğusu istismara veriləcək.

Bunu “STAR Rafineri A.Ş”nin baş direktoru Mesut İlter bildirib.

O qeyd edib ki, fiziki işlərin 99,1%-nin yerinə yetirildiyi zavoda indiyədək 5,2 mlrd. dollar sərf edilib:

“Zavod oktyabrın əvvəlində istismara veriləcək və ümumilikdə, xərclənən vəsaitin məbləği 6,3 mlrd. dollara çatacaq”. 

Mesut İlter neftin qiymətinin 100 dollar təşkil edəcəyi ilə bağlı proqnozlara da münasibət bildirib.

Onun sözlərinə görə, neftin dəyəri 60-75 dollar arasında qalacaq. Bu qiymət həm istehsal qaynaqlarını dəstəkləyir, həm də istehlakçılara mənfi təsir etmir. (Oxu)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar