Neftin ucuzlaşması OPEC ölkələrini vurdu
08.08.2015 01:49 Ecoreaksiya 2018
Almaniyanın Deutç Virtşaf Naçriçten ( DWN) qəzeti yazır ki, neftin qiymətinin ucuzlaşması nəticəsində Səudiyyə Ərəbistan ilin sonuna qədər 27 milyard dollarlıq dövlət təhvilini satmağı planlaşdırır.
Xam maddə böhranının digər varlı OPEC ölkələrinə də mənfi təsir etdiyi deyilən xəbərdə Səudiyyə Ərəbistanın büdcəsinin likvidliyini qorumaq və neft qiymətlərindəki ucuzlaşmanın qarşısını almaq üçün maddi planlar qurulmasının vacibliyi qeyd edilib. Buna görə də ölkənin müddətləri 5, 7 və 10 il olan 27 milyard dollar qiymətindəki dövlət təhvillərini satışa çıxaracağı bildirildi.
Səudiyyə Ərəbistan neftin ucuzlaşması nəticəsində yaranan büdcə kəsrlərini bağlamaq üçün 2007-ci ildən bu yana ilk dəfə iyul ayında dövlət təhvilini satmışdı. Səudiyyə və digər OPEC ölkələrinin büdcə kəsrlərinin qarşısını almaq üçün neftin barelinin minimum 100 dollar olması lazımdır. Ancaq bu gün bu qiymət 50 dollardan da azdır.
Şərhlər