Azərbaycanın martda Türkiyəyə tədarük etdiyi qazın həcmi açıqlanıb

23.05.2018 15:39     Ecoreaksiya     1069

Cari ilin mart ayında Türkiyənin təbii qaz idxalı ötən ilin mart ayı ilə müqayisədə 7% azalaraq 4 mlrd. 725 mln. kubmetr olub.

“Anadolu” agentliyinə istinadən verilən məlumata görə, bu, Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumunun hesabatında öz əksini tapıb.

Hesabata əsasən, Azərbaycan Türkiyəyə qaz ixrac edən ölkələr arasında üçüncüdür. Belə ki, cari ilin mart ayında qardaş ölkəyə 591 mln. kubmetr qaz tədarük olunub.

Türkiyənin ən çox qaz idxal etdiyi ölkə 2 mlrd. 448 mln. kubmetrlə Rusiyadır. Bu siyahıda ikinci yerdə isə 739 mln. kubmetrlə İran gəlir. (APA)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar