Moody’s” analitiki: Bank sektorunda dollarlaşma yüksək səviyyədədir

24.05.2018 11:29     Ecoreaksiya     1483

“Azərbaycan Beynəlxalq Bankı”nın sağlamlaşdırılması tədbirlərindən sonra bank sektorunda kapital adekvatlığı yaxşılaşıb. 

Bunu bu gün Bakıda keçirilən “Moody’s”in “İllik Azərbaycan Sammiti”ndə beynəlxalq reytinq agentliyinin analitiki Petr Paklin deyib.

O bildirib ki, ABBV-nin sağlamlaşdırılması Azərbaycanın bank sektorunda risklərə də toxunub:

“Azərbaycanda son üç ildə dollarlaşmanın səviyyəsinin aşağı düşdüyünü görürük. Bununla belə, bank sektorunda dollarlaşma yüksək səviyyədədir. 2015-ci ildə baş verən devalvasiya banklara öz təsirini göstərib.

Bizim hesablamalarımıza görə, bankların qısa açıq valyuta mövqeyi ən pis həddə çatıb. 2017-ci il Azərbaycanın bank sektorunda kapitallaşmanın yaxşılaşmasına səbəb olub. Kapitallaşmanın yaxşılaşmasına baxmayaraq, hələ də risklər var”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar