Avro ucuzlaşır: valyuta almaq istəyənlərə - Tövsiyə

31.05.2018 12:05     Ecoreaksiya     1421

Gözlənildiyi kimi, mayda avro dollara nisbətən dəyər itirdi.

Reaksiya.az xəbər verir ki, bu sözləri avronun ucuzlaşmsının səbəbləri haqda danışan iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, aya 1 avro 1.21 dollar məzənnəsi ilə başlayan Avropa pulu ayı 1.167 kursu ilə başa vurmaqdadır:

Bu is avronun dollar qarşısında yalnız bir ay ərzində 4 faizə yaxın dəyər itirməsi anlamına gəlir. Mayın 3-də sosial şəbəkədə dolların möhkəmlənməsi və avronun dəyər itirəcəyi ilə bağlı proqnoz vermişdim. Nəticədə mayın Avropa pulu üçün düşərli olmadığını müşahidə etdik. Avronın dəyər itirməsinin əsas səbəbi İtaliyada müşahidə edilən hökumət böhranıdır. Avrozonanın 3-cü ən böyük iqtisadiyyatına malik olan ölkəsində müşahidə edilən böhran avronun məzənnəsinə psixoloji təsir göstərməkdə davam edir. Eyni zamanda, dolların qlobal maliyyə bazarında mövqelərinin möhkəmlənməsi də avroya təsirsiz ötüşmür. Digər tərəfdən, qlobal maliyyə bazarının oyunçuları aparıcı valyutaların dollara nisbətən kursuna iqtisadi və hətta spekulyativ təsir etməklə məzənnəni müəyyən interval daxilində dəyişərək mənfəət marjı yaradırlar. Bu baxımdan, valyutanı məzənnəsi yüksək olan zaman almaq heç də tövsiyyə olunmur”.

İqtisadçı dollara nisbətən ucuzlaşan avronun manata qarşı da dəyər itirdiyini deyib:

“Avronun iyundakı məzənnəsi İtaliyadakı vəziyyətdən asılı olacaq. Avrozonada iqtisadi vəziyyət stabildir. Hökumət böhranlarının aradan qaldırılması avroya yenidən nəfəs verə bilər”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar