SAP-ın təlim və inkişaf modulunun tətbiqinin SOCAR-ın bütün struktur bölmələrində aparılması planlaşdırılır
02.06.2018 11:55 Ecoreaksiya 1435
SAP-ın təlim və inkişaf modulunun tətbiqi üzrə məlumatlandırıcı sessiyaların birinci hissəsi tamamlanıb.
“İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiyası” Proqramının təlim və inkişaf modulunun tətbiqi üzrə aprel ayının 18-dən başlayaraq “Azneft” İstehsalat Birliyinin idarəetmə aparatında və birliyin strukturuna daxil olan bütün təşkilatlarda təqribən 700 nəfər rəhbər işçi üçün məlumatlandırıcı sessiyalar keçirilib. Bu sessiyalarda əsasən SAP-ın təlim və inkişaf modulunun məqsədi, üstünlükləri və rəhbər işçilərin proqramdakı rolundan bəhs olunub, əməkdaşların proqramın tətbiqi ilə bağlı sualları cavablandırılıb.
Növbəti mərhələdə həmin işçilər üçün SAP-ın yeni istifadəyə verilmiş portalında distant təlim kurslarının hazırlanması və birliyin xətti rəhbərliyinin distant metod ilə bu proqramın istifadə qaydaları üzrə təlimatlandırılması nəzərdə tutulub.
2018-ci ilin sonundan isə SAP-ın təlim və inkişaf modulunun tətbiqinin SOCAR-ın bütün struktur bölmələrini ehtiva etməsi planlaşdırılır.
Şərhlər