Azərbaycan bugünədək EBRD-yə 2,3 mlrd. avro kredit qaytarıb

04.06.2018 12:01     Ecoreaksiya     1046

Bu il mayın 1-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank of Reconstruction and Development (EBRD)) Azərbaycana 165 layihə üzrə ayırdığı kreditin ümumi məbləği 3,070 mlrd. avro təşkil edib.
 
Aprel ayının sonuna Azərbaycanın həmin kreditlər üzrə EBRD-yə ödənişlərinin həcmi 2,270 mlrd. avroya bərabər olub.
 
Ümumilikdə, bankın hazırda Azərbaycanda 48 aktiv layihə üzrə portfeli 1,429 mlrd. avrodur. Cari portfelin 49%-i və ya 707 mln. avroluq hissəsi enerji, 42%-i və ya 607 mln. avroluq hissəsi infrastruktur, 4,9%-i və ya 70 mln. avroluq hissəsi sənaye, kommersiya və aqrobiznes, 3,15%-i və ya 45 mln. avroluq hissəsi isə maliyyə institutlaşması üzrə təyin edilib.
 
Hesabat dövrünün sonuna EBRD-nin ölkə üzrə əməliyyat aktivlərinin məbləği  isə 986 mln. avro təşkil edir.
 
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən EBRD-nin üzvüdür. Bankın Azərbaycana ayırdığı kreditlərdə özəl sektorun payı 26% təşkil edir.(apa)
 

 

Şərhlər