ARDNF AÇG və “Şahdəniz” layihələrindən 134,8 mlrd. dollar gəlir əldə edib
07.06.2018 13:14 Ecoreaksiya 1056
İndiyədək Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından, ümumilikdə, 134,777 mlrd. ABŞ dolları daxil olub.
Reaksiya.az bu barədə ARDNF-a istinadən xəbər verir.
Məlumata görə, 2001-ci ildən bu il iyunun 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 132,271 mlrd. dollar gəlir əldə olunub. Bu məbləğin 3,785 mlrd. dolları bu il daxil olan vəsaitin payına düşüb.
2007-ci ildən “Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından Fonda 2,506 mlrd. dollar daxil olub.
Şərhlər