OPEC Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcmini açıqlayıb
08.06.2018 12:09 Ecoreaksiya 1177
Ötən ilin sonuna Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcmi 1 trln. 277 mlrd. kubmetr təşkil edib.
Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.
Hesabata əsasən, 2017-ci ildə təsdiq edilmiş ümumdünya təbii qaz ehtiyatı illik nisbətdə 0,2% artaraq 199 trln. 44 mlrd. kubmetrə çatıb.
Qeyd edək ki, dünyada qaz ehtiyatlarının həcminə görə Rusiya birinci, İran ikinci, Qətər isə üçüncü yeri tutur. Qətərin təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcmi 23 trln. 861 mlrd. təşkil edib.
Şərhlər