Dünya Bankı: Azərbaycan “Ağıllı kənd”lərin yaradılması istiqamətində qlobal liderə çevrilə bilər

25.06.2018 14:04     Ecoreaksiya     1106

“Növbəti Bil Qeyts Azərbaycandan çıxa bilər”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Dünya Bankının birgə təşkil etdiyi 3-cü Bilik Sərgisində beynəlxalq maliyyə qurumunun mütəxəssisi Tara Sharafudheen deyib.

O, diqqəti ölkədə “Ağıllı kənd”lərin yaradılmasına çəkib: “Azərbaycan “Ağıllı kənd”lərin yaradılması istiqamətində qlobal liderə çevrilə bilər. Ölkə Cənubi Qafqaz regionunda rəqəmsallaşma üzrə rəqabət üstünlüyünə malikdir. "Ağıllı kənd"lər rəqəmsal texnologiyaya keçid təşkil edir. Onlar “Ağıllı şəhərlər"dən uzaqda ola bilməz. "Ağıllı kənd", infrastrukturdan istifadə edərək gəlir əldə edilməsini özündə ehtiva edən bir sistemdir. Burda günəş enerjisindən, rəqəmsallaşmadan necə düzgün istifadə edilməsindən söhbət gedir. Bun həm dövlət, həm də özəl sektor maraq göstərməlidirlər".

Reaksiya.az

Şərhlər