“Bu, bizim üçün çox vacibdir” - İran rəsmisi

27.06.2018 12:39     Ecoreaksiya     1265

“Şimal-Cənub” nəqliyyat dəhlizinin istifadəyə verilməsi Azərbaycanla İran arasında müxtəlif sahələrdə əməkdaşlığın səviyyəsini artırmağa imkan verəcək.

Reaksiya.az xəbər verir ki, bunu Trend-ə İranın yol və şəhərsalma nazirinin müavini, “İran dəmir yolları” İdarə Heyətinin sədri Səid Məhəmmədzadə deyib. O bildirib ki, “Şimal-Cənub” layihəsi hər iki ölkə üçün yaxşı imkanlar açacaq:

 

“Layihə həmçinin İranla Rusiya arasında dəmiryol əlaqəsini qurmağa kömək edəcək. Bu, bizim üçün çox vacibdir, çünki Rusiyanın qərbi konteynerlərin yüklənməsi və boşaldılması mərkəzidir”.

Nazir müavini həmçinin İranın Çehbehar limanı ilə Xəzəryanı dövlətlər arasında əlaqənin qurulmasının vacibliyini qeyd edib və əlavə edib ki, hazırda İranın Çehbahar və Zahedan şəhərləri arasında dəmir yolu xətti tikilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar