“Qarabağ” yatağı üzrə Risk Xidməti Sazişi təsdiqlənib

29.06.2018 13:43     Ecoreaksiya     1155

Bu gün “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ neft yatağının işlənməsi ilə əlaqədar” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Statoil Azərbaycan Qarabağ” və “SOCAR Qarabağ” LLSİ arasında risk xidmət sazişinin təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” layihə təsdiqlənib.

Layihə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında təsdiq olunub.

Qeyd edək ki, “Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) sazişi bu il mayın 30-da SOCAR-la Norveçin "Equinor" (keçmiş “Statoil”) şirkətləri arasında imzalanıb.

“Qarabağ” yatağında kəşfiyyat qazması cari ildə planlaşdırılır. Hazırkı Risk Xidməti Sazişinə əsasən, yataqda platformanın quraşdırılması və ilk hasilat 2021-ci ildə nəzərdə tutulur. Layihənin icrası üçün hər iki şirkət tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.

“Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.(report)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar