Üzən məzənnəyə keçid hazırlıqları başladı
01.08.2018 12:38 Ecoreaksiya 1153
Üzən məzənnəyə keçid istiqamətində addımlar atılır.
Reaksiya.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
"Dünyada üzən məzənnə rejimi olan ölkələr azdır. Planlarımız var. Üzən məzənnəyə keçmək üçün ilk növbədə onun üçün şərait yaratmaq lazımdır, ixrac şaxələndirilməlidir. Valyutaya tələbatı olan idxalçılar var. Üzən məzənnə tələb və təklifin formalaşması deməkdir. Üzən məzənnə üçün liberal, şaxələnmiş valyuta bazarı mövcud olmalıdır. Son dövrlərdə aparılan işlər nəticəsində ortamüddətli dövrdə şaxələnmiş valyuta bazarı yaradıla bilər. Buna uyğun şəkildə biz paralel digər tədbirləri reallaşdırmaqla üzən məzənnəyə keçə bilərik", - deyə E.Rüstəmov bildirib.
Şərhlər