Xəzər dənizinin statusu haqqında konvensiya erməniləri təşvişə saldı

13.08.2018 15:01     Ecoreaksiya     1096

“Bununla Azərbaycan öz subyektiv əhəmiyyətini bölgədə artırdı” - Sərkis Artsruni

Xəzər dənizinin statusu haqqında konvensiya uzun illər boyu gedən danışıqlardan sonra nəhayət ki, imzalandı.

Ekspertlər bu konvensiyanı Xəzər dənizinin “konstitusiyası” adlandırırlar.

Yaxın dövr ərzində analitiklər konvensiyanın geopolitik əhəmiyyətini və onun bölgəyə təsirlərini dərindən təhlil edəcəklər.

Ermənistanın 1-ci informasiya saytının yazarı Sərkis Artsruni sazişin Ermənistan üçün törədəcəyi siyasi nəticələrlə bağlı analitik yazı qələmə alıb.

Müəllifin fikrincə, yeni sənəd həm Rusiya, həm İran, həm də Azərbaycan üçün sərfəli olub. “Azərbaycan Xəzər şelfindəki təbii sərvətləri daha böyük həcmdə araşdırmaq, çıxarmaq, istehsal və ixrac etmək imkanı qazanıb”.

“Belə bir konteksdə Ermənistan Respublika Partiyasının (ERP) sədr müavini Armen Aşotyanın da dediyi kimi, faktiki olaraq Rusiya və İran Azərbaycana daha çox enerji daşıyıcısını güzəşt etmək müqabilində özləri üçün strateji və uzunmüddətli qarantiya almış olublar. Bu isə Azərbaycanla bizim qonşular arasındakı bağları daha da möhkəmləndirir”,- məqalədə qeyd olunub.

Картинки по запросу transxəzər

Sərkis Artsruni bu sazişin Ermənistanı yeni bölgəsəl gerçəkliklər, habelə institutların yaranması baxımından ciddi şəkildə narahat etməli olduğunu yazır: 
“Azərbaycan üçün bizim strateji müttəfiqlərimiz sayılan İran və Rusiya ilə effektiv əməkdaşlığı təmin etdirəcək və konkret sənədlə formalaşdırılımış yeni instusional sahə açılır. Xəzər dənizi məsələsi bu vaxta qədər bölgənin ən mürəkkəb problemlərindən biri olub. İndi əgər 5 ölkə konsensusa gəlməyi bacarıblarsa, bu onların geopolitik və regional məsələlərdə də daha geniş konteksdə birləşə biləcəkləri anlamına gəlir.

Картинки по запросу xəzəryanı ölkələr

Azərbaycan Rusiya və İranın öncül olduğu əməkdaşlıq layihələrinə daha çox inteqrasiya olunduqca bu tip qlobal razılaşmalara Qarabağ məsələsinin də daxil olunacağı ehtimalı yaranır”.

Sərkis Artsruni Ermənistan üçün problemin enerji daşıyıcılarında (zatən Azərbaycan onları konvensiya olmadan da çıxarırdı) olmadığını yazır:

“Əsas problem ondan ibarətdir ki, Azərbaycan regionun nüfuzlu ölkələri ilə birlikdə bölgədə gündəmi formalaşdırmaq üçün qurulan yeni meydanda iştirak edərək öz subyektiv əhəmiyyətini daha da artırır. Sadə dillə ifadə olunsa Azərbaycan Rusiya və İran üçün daha vacib ölkəyə çevrilir ki, bu da Qarabağ münaqişəsinin nizamlanması prosesinə öz təsirini göstərəcək”.

Müəllif belə bir durumda Ermənistanın xarici siyasətində dəqiq konsepsiyaya malik olmasının əhəmiyyətindən yazıb.

“Ermənistan hökuməti anlamalıdır ki, xarici və daxili siyasəti bir-birindən ayırmaq köhnəlmiş konsepsiyadır. Əks təqdirdə Ermənistan Avropa Birliyi və Rusiya arasındakı böhranlara bənzər situasiyadan canını qurara bilməyəcək.

Ermənistanın konseptual xarici siyasətinin olmaması Azərbaycanın xarici siyasi resurslarını daha da artırır. Çünki Bakı İrəvandan fərqli olaraq kifayət qədər müstəqil və özünəməxsus xarici siyasət yürüdüb”,- Artsruni qeyd edib.

Reksiya.az

Şərhlər

Çox oxunanlar