Ekspert: "Türkiyənin əmlak bazarı azərbaycanlı sərmayədarlar üçün xüsusi üstünlük yaradır"
20.08.2018 12:52 Ecoreaksiya 971
"Türk lirəsinin digər xarici valyutalar qarşısında məzənnəsinin aşağı düşməsi azərbaycanlı sərmayədarlar üçün xüsusi üstünlük yaradır".
Bunu "Report"a açıqlamasında danışınmaz əmlak bazarı üzrə mütəxəsis Kaan Borucuöğlu Türkiyədə əmlak bazarının imkanlarını qiymətləndirərkən bildirib.
"Hazırda 1 manat 3,4 lirəyə bərabərdir, 1 ay bundan əvəl isə 2 lirəyə bərabər idi. Beləliklə, 350 min lirəyə Trükiyədən ev almaq istəyən sərmayədar bunun qarşılığında 175 min manat ödəyirdisə, bu gün həmin evi 100 min manata ala bilər", - deyə o, qeyd edib.
Ekspertin fikrincə, azərbaycanlıların hazırkı vəziyyəti yaxşı qiymətləndirməlidirlər: "İqqtisadi dalğalanmalar uzunmüddətli olmur. Bunda bir ay sonra məzənnə əvvəlki səviyyəsinə gəlsə, evlərin qiyməti yenə əvvəlki kimi olacaq. Türkiyədə hazırda evlər ucuzlaşır. Son günlər yaşanan iqtisadi dalğalanma olmasaydı qiymətlər artacaqdı. Hazırda qiymət nəinki artır, əksinə azalır. Hesab edirik ki, evlər ilin sonunda 15-20% bahalaşacaq".
Şərhlər