“SOCAR Petroleum” daha bir yanacaqdoldurma məntəqəsində sıxılmış təbii qazın satışına başlayıb

24.08.2018 12:35     Ecoreaksiya     1076

Bu gündən etibarən “SOCAR Petroleum”QSC Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sabunçu-Zabrat yolunun sağ tərəfində yerləşən “SOCAR” brendli yanacaqdoldurma məntəqəsində sıxılmış təbii qazın (STQ, beynəlxalq miqyasda CNG, yəni “Compressed Natural Gas” ) satışına başlayıb.

Bu barədə  Reaksiya.az - a SOCAR-dan bildirilib.

Bununla da “SOCAR Petroleum” QSC-yə məxsus sıxılmış təbii qazın satışını həyata keçirən yanacaqdoldurma məntəqələrinin sayı 3-ə çatıb.

 

Şərhlər