Rubl düşdü, “Qazprom”un gəliri artdı

10.08.2015 16:27     Ecoreaksiya     1926

Rusiyanın ən böyük enerji şirkəti olan “Qazprom”un 2015-ci ilin ilk rübündəki dəqiq gəliri düşən satış rəqəmlərinə baxmayaraq 71% artıb.

Reaksiya.az xəbər verir ki, şirkətin gəliri ötən ilin eyni dövrünə nisbətən 6 faiz artaraq 25,6 milyard dollara yüksəlib.

Həmin dövrdə “Qazprom”un Avropaya təbii qaz satışları 16 faiz azalıb, rus rublu isə  40 faiz dəyərini itirib.

Şirkətdən verilən açıqlamaya görə, neftin bir barelinin qiymətinin düşməsinə baxmayaraq ilin ikinci rübündə qaza olan tələbatın yüksələcəyi gözlənilir.

Şərhlər