İlin əvvəlinədək “Azneft” 844,5 mln. ton neft hasil edib
04.09.2018 15:06 Ecoreaksiya 1013
İşlənmənin əvvəlindən bu il yanvarın 1-dək “Azneft” İstehsalat Birliyi tərəfindən 844,511 mln. ton neft, 352,454 mlrd. kubmetr qaz hasil edilib.
Bu barədə SOCAR-ın "2017-cü il üzrə illik hesabatı"nda qeyd olunub.
“Azneft”in neft hasilatının 515,514 mln. tonu dənizdəki, 328,997 mln. tonu isə qurudakı yataqların payına düşüb. “Azneft” dənizdəki yataqlardan 271,032 mlrd. kubmetr, qurudakı yataqlardan isə 81,422 mlrd. kubmetr qaz hasil edib.
İB tərəfindən hasil edilən neftin 6 169,6 min tonu ötən ilin payına düşüb ki, bu həcmin də 5 844,7 min tonu dəniz, 324,9 min tonu qurudakı yataqlardan hasil edilib.
2017-ci ildə İstehsalat Birliyi 5 413,9 mln. kubmetr qaz hasil edib. Qaz hasilatının 5 345,5 mln. kubmetri dəniz, 68,4 mln. kubmetri quru yataqların payına düşüb.
Qeyd edək ki, hesabat dövrünə olan məlumata görə, “Azneft”tərəfindən quruda 14, dənizdə isə 13 yataq istismar olunur.
Şərhlər