“Türk axını”nın xərci 11,4 milyard avro olacaq

10.08.2015 23:17     Ecoreaksiya     2443

“Türk axını” təbii qaz boru xətti layihəsinin dörd xəttdən meydana gələcəyi və ümumi dəyərinin 11,4 milyard avro olacağı təklif olunub. “Qazprom”dan verilən açıqlamaya görə, layihədə ilk xəttin xərci də 4,3 milyard avro olacaq.

Rus təbii qaz nəhəngi “Qazprom” Layihə Rəhbərliyişöbəsinin müdir müavini Aleksey Serebryakov investorlar üçün təşkil edilən video konfransında “Türk axını” layihəsinin konfiqurasiyasında 4 xəttin tikintisinin nəzərdə tutulduğunu açıqlayıb.

Bu xətlərin mərhələli olaraq inşa edilməsinin planlaşdırıldığını  bildirən Serebryakov  qeyd edib ki, layihənin ümumi dəyəri üçün hazırki ƏDV - si 11,4 milyard avro səviyyəsindədir.

Serebryakov bildirib ki, ilk xəttin xərci də təxminən 4,3 milyard avro olacaq.

Şərhlər