Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək

02.10.2018 11:54     Ecoreaksiya     989

Oktyabrın 9-da Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək.

Trend-in Alman-Azərbaycan Xarici Ticarət Palatasına istinadən verdiyi məlumata görə, forum energetika və informasiya-kommunikasiya texnologiyaları məsələlərinə həsr olunacaq.

Forumda nazirliklər, Almaniyanın Azərbaycandakı səfirliyi, SOCAR və Avropa İnkişaf və Yenidənqurma Bankının rəsmiləri, eləcə də BP, "Siemens SC", SAP, "Lahmeyer International GmbH", "DHL Global Forwarding", "PAŞA Bank" və digər şirkətlərin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, hazırda Azərbaycanda 200-dən çox alman kapitallı şirkət fəaliyyət göstərir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar