Doqquz ayda Azərbaycanın magistral neft kəmərləri ilə 30,9 mln. ton neft nəql olunub

16.10.2018 13:40     Ecoreaksiya     1138

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 30 881,7 min ton neft nəql edilib. 

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin müvafiq dövründən 3,7% azdır.

Nəqletmənin 81,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-sentyabr ayları ərzində bu kəmər vasitəsilə 25 153,8 min ton neft ötürülüb. BTC ilə ixrac olunan neftin həcmi ötən ilin müvafiq dövründən 0,3% azdır. Dövr ərzində BTC kəməri ilə 4 785,8 min ton tranzit nefti də nəql edilib ki, bu da 2017-ci ilin doqquz ayından 0,4% azdır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar