Qətər OPEC-dən çıxır

03.12.2018 13:06     Ecoreaksiya     1257

Doha Neft İxrac Edən Ölkələr Birliyindən (OPEC) çıxdığını bəyan edib.

Reaksiya.az-ın “RİA Novosti”yə istinadən xəbətinə görə, bununla bağlı Qətərin energetika üzrə dövlət naziri Saad ibn Şrid əl-Kaabi məlumat verib. 

“Qətər 2019-cu il yanvarın 1-dən OPEC-i tərk etmək qərarına gəlib. Bu gün təşkilat bununla bağlı məlumatlandırılacaq”, - o bildirib. 

 

Nazir əlavə edib ki, ölkə qaz hasilatı və təbii qaz istehsalına diqqət yetirmək istəyir. 

OPEC neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə yaradılan təşkilatdır. İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qabon, Anqola, Əlcəzair, Konqo, Liviya və Ekvador bu təşkilata daxildir. Təşkilatın üzvləri neftin dünya ehtiyatlarının təxminən üçdə iki hissəsinə nəzarət edir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar