"Yunanıstan böhrana qərq olur, Almaniya cibini doldurur"

11.08.2015 14:11     Ecoreaksiya     3347

 
Yunanıstanın 5 ildir içində olduğu maliyyə böhran qarşısında ən sərt mövvqe nümayiş etdirən ölkələrdən biri olan Almaniyanın, böhrandan böyük mənfəət əldə etdiyi ortaya çıxıb.
Reaksiya.az saytı mərkəzi Almaniyada yerləşən Leybnits İqtisadi Araşdırma İnstitutunun hesabatına istinadən xəbər verir ki, Yunanıstan maliyyə böhranla və beynəlxalq kreditorların tələbləri ilə mübarizə aparanda, Almaniya bu ölkənin içində olduğu çətin vəziyyətdən istifadə edərək 100 milyard avro mənfəət əldə edib.
İnvestorların böhran qarşısında pullarını qoyacaq "etibarlı bir liman" axtardıqları ifadə edilən hesabatda, aşağı faiz dərəcələri və borc xərci təqdim edən Almaniyanın Yunanıstan böhranından  faydalandığının açıq olduğuna diqqət çəkildi:
"Maliyyə bazarları son illərdə nə zaman Yunanıstanla əlaqədar mənfi bir xəbər alsa, Alman hökuməti istiqrazları faiz dərəcələri düşdü. Nə zaman yaxşı xəbər gəlsə isə, nisbətlər artdı. Almaniyanın qazancı böhranın xərcini də aşır. Yunanıstan borcun hamısını ödəməzsə belə vəziyyət dəyişməz. "
Digər tərəfdən ABŞ, Fransa və Hollandiya kimi dövlətlərin borcları Almaniyaya nəzərən daha az mənfəət gətirdi.
 

Şərhlər