DSMF gəlirlərinin artdığını açıqladı
15.01.2019 14:01 Ecoreaksiya 1043
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2017-ci illə müqayisədə 279,3 mln. manat və ya 8,3% artaraq 3 mlrd.678,3 mln. manata, o cümlədən sosial sığorta daxilolmaları 246,5 mln. manat və ya 11,8% artaraq 2 mlrd.332,2 mln. manata çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, qeyri-büdcə sektorundan sosial sığorta haqlarının toplanmasında da müsbət nəticə əldə edilib.
Belə ki, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 152,4 mln. manat və ya 11,4% artım qeydə alınıb və bu istiqamət üzrə proqnozun icrası 106,1 % (86 mln. manat və ya 6,1% çox) yerinə yetirilib.
Fərdi uçot sistemində şəxsi hesabların sayı isə 170 min artaraq 3 736 551-ə çatıb.
Şərhlər