İpoteka kreditindən kimlər qazanır?
11.08.2015 15:08 Ecoreaksiya 1790
Xəbər verildiyi kimi, Mərkəzi Bankın ipoteka kreditləri ilə bağlı təqdim etdiyi yeniliklərin payızda qüvvəyə minəcəyi gözlənilir.
İpoteka kreditlərinin məbləğinin artırılması, faizlərin aşağı salınmasını nəzərdə tutan yeniliklər barədə iqtisadçı ekspert Natiq Cəfərli “Reaksiya”ya açıqlama verib: “Ciddi faiz azalmasının müşahidə olunacağını düşünmürəm, amma müəyyən azalma ola bilər. Əsas məqsədlərdən biri mənzil bazarını özünə gətirməkdir. Mənzil bazarı çöküb, bazarı diriltmək üçün hətta 200 milyon manat əlavə pul ayrılıb”.
Bu məsələdə əsas qazanclı tərəflərdən birinin banklar olduğunu qeyd edən iqtisadçı ekspert bankların ipoteka üçün ayrılan vəsaitlərin idarəedilməsindən gəlir əldə edəcəyini bildirib: “Məsələn, bank əməliyyatlarına, xidmət haqqına, yaranan borcu idarə etməyə görə banklar hər ipoteka müqaviləsindən 1-3% arası pul qazanırlar”.
Mərkəzin Bankın elan ediyi ipoteka kreditlərinin məbləğinin artırılması, faizlərin aşağı salınması ilə bağlı yenilikləri bu ilin payızında qüvvəyə minməyi planlaşdırılır. Yeni qaydaların tətbiqi üçün ilk növbədə qanunvericiliyə dəyişiklik edilməlidir. Parlamentdə bu məsələyə payız sessiyasında, sentyabrda baxacaq.
Qeyd edək ki, ilkin məlumatlara görə, dəyişikliklər ipotekanın maksimum məbləğinin indiki 50 manatdan 100 manata qaldırılmasını, faizlərin isə adi ipotekada 6%, sosial ipotekada isə 3% faizə endirilməsini nəzərdə tutur.
Şərhlər