Elman Rüstəmov: "Devalvasiya haqqında danışılanlar qeyri-ciddidir"
01.02.2019 12:43 Ecoreaksiya 1211
"Azərbayanda devalvasiya haqqında danışılanlar qeyri-ciddidir. Bütün proqnozlar makroiqtisadi stabilik üzərində qurulub".
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Ötən il Azərbaycanın tədiyyə balansı profisitli olub. Azərbaycan Dövlət Neft Fondunun aktivləri 3 mlrd. dollar artıb. Cari ildə maroiqtisadi sabitliyi təmin etmək üçün istənilən qədər resurs var. 2019-ci il maroiqsadi vəziyyət baxımından 2018-ci ilə oxşayır. İlk ildir ki, fiskal qaydalar fəaliyyət göstərir. Bu il Azərbaycan valyuta bazarına 6,8 mlrd. dollarlıq transfert daxil olacaq. Neftin qiymətinin təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Əsas siyasət aşağı inflyasiya, dayanıqlı məzənnə ideologiyası üzərində qurulub", - deyə o, qeyd edib.
Reaksiyaşaz
Şərhlər