“Moody`s”: Azərbaycan bankları ən zəif kredit profillərinə malikdirlər

06.02.2019 12:11     Ecoreaksiya     1133

Ukrayna və Azərbaycan bankları MDB ölkələrinin bank sektorları arasında ən zəif kredit profillərinə malikdirlər. Lakin aktivlərin risklərinin sayına görə Azərbaycan bankları ən aşağı göstəricilərə malikdir.

 “Moody`s” beynəlxalq reytinq agentliyinin hesabatına görə, Azərbaycanın bank sistemi MDB-də ən yüksək kapitallaşma səviyyəsini nümayiş etdirir, bu da, əsasən, dövlətin ən iri bankı – “Azərbaycan Beynəlxalq Bankı”na köməyi ilə izah olunur.

2018-ci ilin sonuna olan vəziyyətə əsasən, Azərbaycanın bank sektorunun kapitallaşması sürətlənib. Bu kapital səviyyəsi isə risklərlə ölçülmüş aktivlərin təxminən 20 faizini təşkil edir. Bu, MDB-də ən yüksək göstəricidir.

Hesabata görə, bu göstərici 2019-cu ildə azala bilər. Xarici analitiklər Azərbaycan banklarının aktivlərinin keyfiyyətinin yaxşılaşdığını da vurğulayırlar. Belə ki, agentliyin 2018-ci ilin sonuna olan məlumatına görə, ümumi kredit portfelində problemli kreditlərin payı iki il öncə olan 31%-dən 15%-dək azalıb.

“Moody`s”in qiymətləndirmələrinə görə, MDB ölkələrinin iqtisadiyyatlarının artım templərinin bərpası fonunda bütün regionda əməliyyat mühiti yaxşılaşır:

“2017-2018-ci illərdə iqtisadiyyatların bərpası dövründən sonra yaxın iki il ərzində MDB ölkələrinin iqtisadi artım nümayiş etdirəcəyini gözləyirik. MDB ölkələrinin bank sektoru üzrə proqnozumuz müsbətdir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar