Ötən ay qeyri-neft sektorunda məhsul istehsalı çoxalıb

13.02.2019 13:25     Ecoreaksiya     1090

Yanvarda sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13,8 faiz artıb.
 
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, keçən ay sənaye məhsulunun 22 faizi emal sektorunda olunub.
 
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,9 dəfə, mebel istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı 2,1 dəfə, kağız və karton istehsalı 75,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 63,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 58,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 56,9 faiz, içkilərin istehsalı 48,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 35,4 faiz, elektrik avadanlıqlarının istehsalı 25,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 15 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 11,9 faiz, tikinti materiallarının istehsalı 6,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,5 faiz artıb.
 
Poliqrafiya məhsullarının istehsalı 0,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,1 faiz, əczaçılıq məhsullarının istehsalı 24,4 faiz, hazır metal məmulatlarının istehsalı 25,4 faiz, geyim istehsalı 32,3 faiz, tütün məmulatlarının istehsalı isə 33,5 faiz azalıb.
 
Qeyd edək ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvarında 3,8 milyard manatlıq və ya ötən ilin müvafiq ayı ilə müqayisədə 3,4 faiz çox sənaye məhsulu istehsal edilib.

Şərhlər

Çox oxunanlar