Banklar qısa müddətdə çox gəlir əldə etmək istəyir - EKSPERT RƏYİ
11.08.2015 17:50 Ecoreaksiya 2506
Mərkəzi Bankın təklif etdiyi ipoteka kreditləri, istehlak kreditləri və mikrokreditlərin faiz dərəclərinin aşağı salınması ilə bağlı müraciətlərə sentyabrda baxılacaq.
İqtisadçı ekspert Vüqar Bayramov “Reaksiya”ya açıqlamasında faiz dərəclərinin aşağı salınmasının mütləq olduğunu bildirib: “Çünki bu gün vətəndaşlar götürdükləri kreditlərin verilməsi ilə bağlı problemlər yaşayır. İstehlak kreditlərinin 34%-dən 29%-ə qədər azaldılması planlaşdırılır. Bu, artıq yaxın günlərdə reallaşacaq. Mikrokreditlərin faiz dərəcəsi isə 25%-dən çox olmamalıdır”.
Dünya təcrübəsi ilə müqayisədə azərbaycanda istehlak kreditlərinin faiz dərəcələrinin çox yüksək olduğunu bildirən iqtisadçı ekspert bunun sistemlər arasındakı fərqlərlə bağlı olduğunu bildirib: “Əvvəla avropa ölkələrində banklara qoyulan əmanətlər üzrə 2-3% divident(gəlir) təklif olunur. Azərbaycanda isə bu rəqəm 12%-dir.
Digər tərəfdən, Azərbaycanda kommersiya banklarının heç birinin yüksək reytinqi olmadığına görə kredit resursları birbaşa cəlb etməkdə çətinlik çəkirlər. Bu zaman vasitəçidən istifadə edirlər. Belə olduqda isə kreditlər baha olur.
Bir səbəb də odur ki, Azərbaycan bankları qısa müddətdə daha çox gəlir əldə etməyə çalışır. Bütün bunlar isə kredit faizlərinin qiymətinin baha olmasına səbəb olur.”
Şərhlər