Çin rubl istifadə etməyə başlayıb

11.08.2015 19:54     Ecoreaksiya     2663

 

 

Çinin Mərkəzi Bankı ölkənin Heilongjiang əyalətindəki Suifenhe şəhərində, rubl və yuan ilə ticarətin həyata keçirilməsini nəzərdə tutan pilot tətbiq başladıb. Suifenhedə ABŞ dolları ilə aparılan ticarətin yerini artıq rus rublu alacaq.

Çin Pul Siyasəti İdarəsinin Baş katibinin müavini Jin Mei bazar günü Suifenhedə keçirilməsi bir sərginin açılışında, şəhərdə Rusiya ilə Çin arasındakı ikitərəfli ticarətin rubl və yuan ilə həyata keçirilməsini nəzərdə tutan fəaliyyətə başladıqlarını açıqlayıb.

 

Uzunmüddətli qazanc əldə ediləcək

 

Suifenhe Bələdiyyəsinin sədr müavini Wu Qinglan proqramın uzunmüddətli mənfəət gətirəcəyinə inandığını ifadə edib.

Rusiya Mərkəzi Bankı və Çin Xalq Bankı, keçən il 24.5 milyard dollar dəyərində 3 illik valyuta mübadiləsi razılaşması imzalamışdı. Razılaşmanın, Ukrayna böhranına görə ABŞ və Aİ ilə gərgin münasibətlərə sahib olan Rusiyaya Çin ilə iqtisadi-maliyyə əməkdaşlığı sağlamlaşdırma qapısı açılmışdı.

Şərhlər