Ölkəyə 230 milyard investisiya yatırılıb - Səfər Mehdiyev

29.03.2019 12:58     Ecoreaksiya     1081

Son 15 ildə Azərbaycanda aparılan uğurlu islahatlar nəticəsində ölkə iqtisadiyyatına 230 mlrd. ABŞ dollarından artıq investisiya yatırılıb.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşkilatçılığı ilə keçirilən “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyevin sözlərinə görə, bu investisiyaların 50%-ə qədəri xarici investisiyalardır:

"Sevindirici haldır ki, aparılan uğurlu investisiya siyasəti nəticəsində xarici investisiyaların həcmi 110 mlrd. dollardan artıqdır".

DGK sədri həmçinin rəhbərlik etdiyi qurumun həyata keçirdiyi fəaliyyət haqqında məlumat verərkən deyib ki, bütün dövlət qurumları gələcək risklərin müəyyən edilməsi və onun təsirlərinin aradan qaldırılması üçün işlər aparırlar.

Risklərin qiymətləndirilməsi ilə bağlı atılan addımlardan biri odur ki, hər çəki deyil, riskə düşə bilən çəkilərin yoxlanması həyata keçirildi. Həmçinin xarici ticarət fəaliyyəti iştirkaçılarına yaradılan digər imkanlar onların fəaliyyətinə müsbət təsir etdi. (report)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar