Sadələşdirilmiş qaydada 30-dan çox binanın istismarına icazə verilib
05.04.2019 14:35 Ecoreaksiya 1097
Bu günədək Azərbaycanda çoxmənzilli binaların istifadəsinə icazələrin verilməsinin sadələşdirilməsi barədə fərman çərçivəsində 30-dan çox binanın istifadəsinə icazə verilib.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.
O qeyd edib ki, bu proses hazırda davam edir:
“Bu məsələ aktual olduğu üçün biz prosesləri sürətləndiririk”.
Sədr müavini vurğulayıb ki, icazə yalnız şəhərsalma norma və qaydalarına uyğun tikilmiş obyektlərə verilir. O əlavə edib ki, indiyədək normalara uyğun olmayan 400 obyekt aşkar edilib.
Şərhlər